Semih Kaya yenidən Super Liqada

Türkiyənin “Yeni Malatyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Türkiyə millisinin sabiq üzvü Semih Kayanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bu yay Praqa “Sparta”sı ilə müqaviləsinin müddəti bitən Semih azad agent kimi keçdiyi yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.

“Qalatasaray”ın yetirməsi olan, karyerasının böyük hissəsini də məhz İstanbul təmsilçisində keçirmiş 29 yaşlı müdafiəçi 2017-ci ildən “Sparta”nın uğurları üçün çalışırdı. O, 2019-cu ildə icarə əsasında yenidən “Qalatasaray”a qayıtmışdı. Türkiyə millisində 23 oyun keçirmiş Kaya, “Qaziantepspor” və “Kartalspor”da da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button