“Seltik” “sükan”ı sabiq baş məşqçisinə tapşırmaq istəyir

“Seltik” baş məşqçi postuna Angelos Postekoqlunu gətirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

Klub yaxın vaxtlarda avstraliyalı mütəxəssislə əlaqə saxlayaraq, onun komandaya qayıtmaqda maraqlı olub-olmadığını öyrənmək niyyətindədir. Postekoqlu 2021–2023-cü illər arasında “Seltik”i çalışdırıb və bu müddətdə komandaya bir neçə yerli titul qazandıraraq uğurla idarə edib. O, daha sonra “Tottenhem” və “Nottingem Forest”də işləyib.

“Seltik”in baş məşqçisi Brendan Rocers yaxın günlərdə postunu tərk edib. Komanda Şotlandiya Premyer Liqasının 9 turundan sonra 17 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və liderdən 8 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button