Avropa Liqası matçında azarkeşlərdən UEFA-ya qarşı etiraz aksiyası

UEFA Avropa Liqasının 2-ci turunda keçirilən “Seltik” – “Braqa” (0:2) qarşılaşması zamanı Şotlandiya təmsilçisinin azarkeşləri siyasi xarakterli aksiya ilə yadda qalıblar.

Komanda.az “The Scottish Sun”-a istinadən xəbər verir ki, “Seltik”in azarkeş qrupu olan “Green Brigade” İsrailin siyasətinə və UEFA-nın ona münasibətinə qarşı etiraz aksiyası keçirib.

Azarkeşlər “Seltik Park” stadionunda bir neçə pankart açaraq, onları birləşdirib, bu cümləni nümayiş etdiriblər:

“UEFA İsrailin hərəkətlərini normallaşdıraraq, soyqırımda iştirak edir. Onları dərhal qovun!”

UEFA-nın bu aksiya səbəbilə klubla bağlı intizam tədbiri görəcəyi gözlənilir.

“Seltik” azarkeşləri illərdir Avropa oyunlarında Fələstinə dəstək nümayiş etdirmələri ilə tanınırlar. Məsələn, UEFA Çempionlar Liqasının 2024/25 mövsümündə “Bayern”lə ev oyununda stadionda “İsrailə qırmızı vərəqə göstərin”, Münhendə baş tutan oyunda isə “Sionizmə qırmızı vərəqə göstərin” yazılmış pankartlar açılmışdı.

Daha əvvəl UEFA ABŞ prezidenti Donald Trampın sülh planı fonunda İsrailin yarışlardan uzaqlaşdırılması ilə bağlı səsverməni təxirə salmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button