“Selta”nın hücumçusu həbs edildi!

İspaniyanın “Selta” klubunun hücumçusu Santi Mina cinsi təcavüzə görə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, məhkəmədəki ifadələrə görə, 2017-ci il iyunun 16-da Mina bir qadınla birlikdə olarkən dostu David Qoldarın furqonuna daxil olaraq, ona “onu çox bəyəndiyini” və “bir şey etmək lazım olduğunu” deyib. Zərərçəkmiş onun təklifindən imtina edib. Futbolçu gedərək, sonra geri qayıdıb və qadına cinsi təcavüz edib.

Məhkəmə həmçinin, Minanı 50 min avro cərimə ödəməyə və növbəti 12 il ərzində zərərçəkmişə 500 metrdən çox yaxınlaşmamağa məhkum edib.

26 yaşlı ispaniyalı futbolçu bu mövsüm “Selta”nın heyətində 36 oyuna çıxıb, 9 qol vurub, 5 məhsuldar ötürmə edib. O, son oyununu mayın 1-də La Liqada “Qranada”ya qarşı keçirib (1:1).

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button