Oğrular Suaresin evinə girdilər, amma…
İspaniyanın “Selta” klubunun futbolçusu Denis Suaresin evinə oğrular girib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, qarətçilər 25 yaşlı futbolçunun evinə girərək, seyfı açıblar. Lakin orda heç bir şey tapa bilməyən oğrular, evdən heç nə götürmədən, ayrılıblar.
Son vaxtlar İspaniyada oğurluq halları çoxalıb. Daha əvvəl “Barselona”nın futbolçusu Nelson Semedonun , “Vilyarreal”ın üzvü Andre Zambo-Anqissanın, “Atletiko”nun yarımmüdafiəçisi Tomas Parteyin də evi qarət olunmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin