Premyer Liqa klubuna “yox” dedi, “Napoli”yə keçir

“Selta”nın futbolçusu Stanislav Lobotka karyerasını İtaliya A Seriyasında davam etdirməyə yaxındır.

Komanda.az xəbər verir ki, slovakiyalı yarımmüdafiəçi ilə “Napoli” klubu yaxından maraqlanır. Bu barədə İtaliyanın “Tuttosport” nəşri məlumat yayıb. Xəbərdə, “Napoli”nin Lobotkanı 20 milyon avro qarşılığında heyətinə qatacağı bildirilir.

Lobotkanı bir müddət əvvəl “Vest Hem” transfer etmək istəyirdi. Ancaq 25 yaşlı yarımmüdafiəçi bu kluba deyil, “Napoli”yə keçmək niyyətindədir.

Lobotka bu mövsüm La Liqada 17 oyuna çıxıb. Yarımmüdafiəçi Slovakiya millisinin də şərəfini qoruyur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button