“Selta”da Benites dönəmi

Rafael Benites “Selta”nın baş məşqçisi təyin olunub.

Komanda.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Təcrübəli mütəxəssislə 3 illik müqavilə imzalanıb. Onun komandaya iyulda qoşulacağı gözlənilir. İspan məşqçi bu postda bir neçə gün öncə istefaya göndərilmiş Karlos Karvalhalı əvəz edib.

Benitesin son klubu 2022-ci ilin yanvarında ayrıldığı “Everton” olub. O, “Real”, “Napoli”, “İnter”, “Valensiya” və “Liverpul” kimi klubları da çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button