“Sehrli avrokubok gecələrindən həzz alırıq” – Spalletti

“Napoli”nin baş məşqçisi Luçano Spalletti Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Reyncers” üzərində qazandıqları qələbəni (3:0) şərh edib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, futbolçularının yaxşı oyun nümayiş etdirdiyini deyib:

“Belə bir gecədən sonra futbolçuları təbrik etməliyik, yaxşı oynadılar. Birinci hissədə üstünlüyümüzdən maksimum yararlana bilməsək də, qalib gəldik. Keçən il görülən əla iş sayəsində layiq olduğumuz bu sehrli avrokubok gecələrindən həzz alırıq”.

Birinci turda “Napoli” “Liverpul”u 4:1 hesabı ilə məğlub edib. Neapollular 6 xalla A qrupuna başçılıq edir.

Spalettinin yetirmələri 3-cü turda “Ayaks”la qarşılaşacaq. Oyun oktyabrın 4-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button