Seçmə mərhələ oyunu güclü yağışa görə yarıda qaldı
AÇ-2024-ün seçmə mərhələsinin 4-cü turunun Şotlandiya – Gürcüstan oyunu yarımçıq dayandırılıb.
Komanda.az xəbər verir ki, buna görüşün keçirildiyi Hampden Park stadionuna güclü yağışın yağması səbəb olub.
Baş hakim İstvan Vad 10-cu dəqiqədə matçı yarımçıq dayandırıb və futbolçuları paltardəyişmə otağına göndərib. Meydan sudan təmizləndikdən sonra qarşılaşmanın davam etdirilməsinə qərar verilib.
Xatırladaq ki, sözügedən görüşün 6-cı dəqiqəsində Şotlandiya hesabı açıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin