“Seçmə mərhələdəki oyunumuzla həqiqətən fəxr edə bilərik” – Keyn
İngiltərə yığmasının hücumçusu Harri Keyn Şimali Makedoniya ilə oyunu (1:1) şərh edib.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, “Bayern”in forvardı qapılarına mübahisəli penalti təyin edildiyini bildirib:
“Bizim üslubda oynamaq çətin olan meydançada çətin oyun olacağını bilirdik. Oyun zamanı mübahisəli penaltiyə görə 0:1 hesabı ilə uduzurduq. Meydanda olmaq xoş idi – istər 90 dəqiqə, istərsə də 10 dəqiqə oynasam, həmişə komandaya kömək etməyə çalışıram. Hesabı bərabərləşdirmək bizim üçün vacib idi. Təəssüf ki, ikinci qolu vura bilmədik. Düşünürəm ki, bu, avtoqol idi, demək olar ki, əminəm. Malta ilə matçda topa ehtiyatsız yanaşırdıq, bu gün əks-hücumda kiçik səhvimiz oldu və mübahisəli penalti təyin olundu. 5:0 və ya 6:0 hesabı ilə qalib gələcəyimiz gözlənilən komanda ilə oynadıq. Lakin onlar dünya çempionatının pley-off mərhələsində İtaliyanı mübarizədən kənarlaşdırmaq üçün yaxşı iş gördülər. Seçmə mərhələdəki oyunumuzla həqiqətən fəxr edə bilərik”.
30 yaşlı hücumçu bu mövsüm Münhen klubunun heyətində 16 oyun keçirib, 21 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin