Azərbaycan futbolunun gələcəyi Yunanıstanda fiaskoya uğradı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində sonuncu oyununu keçirib.

Komanda.az xəbər verir ki, Vüqar Məmmədin çalışdırdığı kollektiv bu dəfə Qazaxıstan yığması ilə qarşılaşıb.

Yunanıstanın Patra şəhərindəki Pampeloponnisiako stadionunda keçirilən oyun yığmamızın növbəti məğlubiyyəti ilə başa çatıb.

Xatırladaq ki, Azərbaycan millisi ilkin seçmə mərhələnin əvvəlki oyunlarında Yunanıstana 1:6, Almaniyaya isə 0:2 hesabıyla məğlub olub.

AÇ-nin ilkin seçmə mərhələsi, 9-cu qrup

19 noyabr

Azərbaycan U-17 – Qazaxıstan U-17 0:2
Baş hakim:
Denis Şurman (Ukrana).
Patra. Pampeloponnisiako stadionu.

Yunanıstan – 9, Almaniya – 6, Qazaxıstan – 3, Azərbaycan – 0.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button