“Seçimimdən çox məmnunam” – Pulişiç

“Milan”ın yarımmüdafiəçisi Kristian Pulişiç İtaliya klubuna keçidini şərh edib.

Komanda.az xəbər verir ki, Milan klubunun mətbuat xidmətdinə danışan ABŞ millisinin üzvü seçimindən məmnun olduğunu bildirib:

“Milan”da olduğum üçün xoşbəxtəm, burada əla oyunçular var. Son dövrlərin gərgin keçdiyini inkar edə bilmərəm. Hər anımdan həzz alıram. “Milan”a keçmək qərarı direktorlar və baş məşqçi ilə uzun müzakirələrdən sonra verildi. Seçimimdən çox məmnunam. Komandanın liderləri və baş məşqçi mənim “Milan”ın bir hissəsi olmağımı çox istəyirdi”.

24 yaşlı futbolçu “Milan”la 2027-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Pulişiç 2019-cu ildən “Çelsi”də çıxış edirdi. O, londonluların heyətində 145 oyuna çıxıb, 26 qol vurub və 21 məhsuldar ötürmə edib. Futbolçu 2020/21 mövsümündə “Çelsi” ilə Çempionlar Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button