PSJ-ni, yoxsa “Mançester Yunayted”i seçəcək?
PSJ “Atalanta”nın hücumçusu Rasmus Hoylund üçün “Mançester Yunayted”lə mübarizə aparır.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, Fransa klubu 20 yaşlı hücumçu üçün 50 milyon avro təklif edib. PSJ-nin transfer məbləğini artırmaq niyyəti yoxdur.
“Atalanta” danimarkalı futbolçu üçün ən azı 70 milyon avro və bonuslar istəyir.
PSJ iyun ayından Hoylundun transferi ilə bağlı danışıqlar aparır, lakin indiyədək hücumçu uğrunda mübarizədə “qırmızı şeytanlar”a uduzur.
Futbolçu 2022-ci ilin avqustundan “Atalanta”da çıxış edir. O, 2022/23 mövsümündə İtaliya klubunda 34 matçda 10 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin