“Real”ın zədəli futbolçusu “Arsenal”la matçda iştirak edə bilər

“Real”ın yarımmüdafiəçisi Dani Sebalyos UEFA Çempionlar Liqasının “Arsenal”la cavab matçında iştirak edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl ispaniyalı futbolçunun növbəti avrokubok oyununa qədər sağalmayacağı bildirilmişdi. Ancaq yenilənmiş məlumata görə, onun aprelin 16-na kimi qayıtma şansı var.

Çempionlar Liqasının 1/4 finalının ilk oyunu “Real”ın səfərdə “Arsenal”a 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Cavab matçı aprelin 16-da, “Santyaqo Bernabeu”da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button