“Real”ın futbolçusu qərarsızdır

“Real”ın yarımmüdafiəçisi Dani Sebaylos gələcək planları ilə bağlı qərarsızdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu yayda “kral klubu”ndan ayrılacağına dair hələ qərar verməyib.

Bununla belə, futbolçu ayrılma variantını nəzərdən keçirir. Bildirilir ki, Sebalyos bu mövsüm oyun praktikasının azlığından narazıdır. Bu səbəbdən, futbolçu başqa komandaya keçmək haqqında düşünür.

27 yaşlı Sebaylos İspaniya çempionatının bu mövsümündə 14 matçda yalnız 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button