Şesnı müqavilə imzalamaq üçün “Barselona”nın ofisinə gedib
Qapıçı Voyçex Şesnı müqavilə imzalamaq üçün “Barselona” klubunun ofisinə gedib.
Komanda.az xəbər verir ki, bununla bağlı müvafiq video sosial şəbəkədə yayılıb. Yaxın günlərdə “Barsa” Şesnı ilə müqavilə bağlandığını elan etməlidir.
Şesnı bir ay əvvəl təqaüdə çıxdığını elan etmişdi. “Barselona” Mark-Andre ter Ştegenin son vaxtlar aldığı ağır zədə səbəbindən 34 yaşlı polşalı qolkiperə üz tutmalı olub.
“Barselona” növbəti matçını oktyabrın 6-da səfərdə “Alaves”ə qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin