
“Bu turnirdə qalib gəlmək istəyirik”
“Barselona”nın qapıçısı Voyçex Şçesnı bu mövsüm komandaya İspaniya kubokunu qazanmağa kömək edəcəyinə ümid edir.
Kataloniyalılar dünən “Valensiya”nı 5:0 hesabı ilə məğlub edərək, yarımfinala yüksəlib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, polşalı qolkiper bu matçda mükəmməl oynadıqlarını bildirib:
“İspaniya kubokunun yarımfinalına yüksəlmək bizim üçün çox vacib idi, çünki bu turnirdə qalib gəlmək istəyirik. Bu matçda mükəmməl oynadıq”.
Hans-Diter Flikin komandası finala vəsiqə uğrunda “Real”, “Real Sosyedad” və ya “Atletiko” ilə mübarizə aparmalı olacaq. Püşkatma fevralın 12-də keçiriləcək.
“Barselona” bazar günü La Liqada səfərdə “Sevilya” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


