Flik: “Şçesnı bizim üçün “bir nömrə”dir”
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik nəyə görə Voyçex Şçesnıni komandanın ilk qapıçısı hesab etdiyini açıqlayıb.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, o, polşalı qolkiper haqda bunu deyib:
“Şçesnı bizim üçün “bir nömrə”dir. Başa düşürəm ki, siz iki qapıçını müqayisə edirsiz. İnyaki Pena əla qapıçıdır, lakin biz unikallığına və oyun tərzinə görə Şçesnıni seçdik. Hər şey onun üçün işləyir. Həm hər iki qapıçı, həm də gənc istedadlarımız əla oyunçulardır. Qərar verilib və biz ona sadiq qalmalıyıq. Biz həmişə komandanın maraqları üçün hərəkət edirik”.
Şçesnı Kataloniya klubunda 2024-cü ilin oktyabrından çıxış edir. Onun klubla hazırkı müqaviləsi cari mövsümün sonuna kimidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin