Polşalı qapıçı “Barselona”dakı ilk günlərindən danışdı

“Barselona”nın qapıçısı Voyçex Şesnı Kataloniya klubundakı adaptasiyasının necə keçdiyini xatırlayıb.

Komanda.az “Barsa Universal”-a istinadən xəbər verir ki, o, komandaya uyğunlaşmasını belə şərh edib:

“Uyğunlaşmam? İlk həftələrdə oynamasam da, geyinmə otağında əvvəldən əyləncəli idi. Meydançaya qayıdıb ritmə girəndə məndə bu gözəl hiss yarandı ki, həqiqətən nəyisə yaxşı bacarıram, öz gözləntilərimi doğrulda bilmişəm”.

”Barselona” 2024-cü ilin oktyabrında polşalı futbolçu ilə müqavilə imzalayıb. Polşalı qolkiper yanvar ayında isə İspaniya klubunun start heyətinə daxil olub və komandaya bütün yerli kubokları qazanmağa, həmçinin, Çempionlar Liqasının yarımfinalına yüksəlməyə kömək edib. O, bir müddət əvvəl kataloniyalılarla müqaviləsini 2027-ci ilə qədər uzadıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button