Polşalı futbolçu “Barselona” ilə müqaviləni yeniləyə bilər

“Barselona”nın qapıçısı Voyçex Şesnının agenti Conatan Barnett futbolçu ilə Kataloniya klubu arasında mümkün yeni müqavilə imzalanması haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, tərəflər arasında müqavilənin yenidən imzalana biləcəyini söyləyib:

“Klubla yeni müqavilədə asanlıqla razılaşa bilərik. Şesnı “Barselona” ilə bağlı hər şeyi bəyənir, klub da ondan razıdır. Hər şey çox sadə bir şəkildə həll olunacaq”.

34 yaşlı polşalı qolkiper 2024-cü ilin oktyabrından “Barselona”da çıxış edir. Tərəflər arasında mövcud müqavilə 2025-ci ilin iyun ayının sonunda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button