“Şaxtyor”un titulu əlindən alındı, BATE çempion elan edildi
“Şaxtyor” (Soliqorsk) və “Energetik BGU” komandaları danışılmış oyunlara görə Belarus çempionatının qızıl və gümüş medallarından məhrum ediliblər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, yerli federasiya hər iki klubu danışılmış oyunlarda iştiraka görə cəzalandırıb.
Beləliklə, BATE çempionatın qalibi olub. Minsk “Dinamo”su ikinci, “İsloç” isə üçüncü yerdə qərarlaşıb.
Eyni zamanda, “Belşina” klubu da eyni səbəbdən sanksiyaya məruz qalıb. Hər üç klub cərimələnib.
Komandalar üç iş günü ərzində qərarla bağlı Apellyasiya Komitəsinə şikayət edə bilərlər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin