Srna “Şaxtyor”a qayıtdı – Bu dəfə…

“Şaxtyor”un keçmiş kapitanı Dario Srna yenidən Donetsk təmsilçisinə qayıdıb.

Komanda.az xəbər verir ki, xorvatiyalı “Şaxtyor”da məşqçi kimi çalışacaq. Bu barədə Ukrayna klubunun rəsmi saytı məlumat yayıb. Srna “Şaxtyor”un yeni baş məşqçisi Luis Kastronun müəyyən etdiyi məşqçilər heyətində yer alacaq.

2003-2018-ci illər aralığında “Şaxtyor”da forma geyinən Srnanın son klubu “Kalyari” olub. 37 yaşlı sabiq müdafiəçi son mövsümdə İtaliya A Seriyasında 26 qarşılaşmada iştirak edib.

Srna 134 dəfə formasını geyindiyi Xorvatiya millisinin də kapitanı olub. O, 2016-cı ildə yığmadakı karyerasını bitirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button