“Şaxtyor”un futbolçusu Avropa Liqasının tarixinə düşdü
“Şaxtyor” (Donetsk) UEFA Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində “Bazel”ə 4:1 hesabı ilə qalib gələrək, yarımfinala vəsiqə qazanıb.
Komanda.az xəbər verir ki, bu oyun Ukrayna klubunun yarımmüdafiəçisi Tayson üçün əlamətdar olub. Belə ki, oyunda komandasının ikinci qolunu vuran braziliyalı, turnirin 7 mövsümündə fərqlənməyi bacaran ilk futbolçu olub.
Daha əvvəl Aleksandr Lakazzet (“Arsenal”), Cermeyn Lens (“Beşiktaş”) və Ari (“Krasnodar”) Avropa Liqasında 6 müxtəlif mövsümdə fərqlənməyi bacarıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin