“Şaxtyor”u 50 milyon avro ziyana salıb – FİFA
Donetskin “Şaxtyor” klubu 4 futbolçusunu sata bilmədiyi üçün ziyana düşüb.
Komanda.az xəbər verir ki, Donetsk klubu 50 milyon avro zərər görüb. Buna səbəb isə FİFA-nın qərarı olub. Ali futbol qurumu Rusiyanın Ukraynaya hücumundan sonra bu ölkələrdə çıxış edən legionerlərə icazə verib ki, müqaviləni birtərəfli qaydada pozsunlar.
“Şaxtyor”uun idman direktoru Sergey Palkin deyir ki, bu qərardan sonra həmin futbolçular komandanı pulsuz tərk ediblər:
“FİFA-nın qərarından sonra 4 əcnəbi futbolçunun transferindən, təxminən 50 milyon avro itirdik. FİFA bu qərarı qəbul edən kimi 4 futbolçu dərhal müqaviləni birtərəfli qaydada pozdu. Agentlər onlara məsləhət gördülər ki, bu fürsətdən yararlansınlar. Həmin futbolçular da bizim komandanı azad agent kimi tərk etdilər və özlərinə daha sərfəli şərtlərlə yeni klub tapdılar”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin