“Şaxtyor”a Çempionlar Liqasında “yaşıl işıq”
Bu mövsüm Ukrayna çempionu olan “Şaxtyor” Çempionlar Liqasının 2022/23 mövsümündə oynamağa birbaşa qrup mərhələsindən başlayacaq.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, UEFA yaxın həftələrdə bu qərarı təsdiqləməlidir.
Donetsk klubu birbaşa qrup mərhələsində oynayacaq, çünki “Liverpul” “Vilyarreal”ı keçərək, cari mövsümdə Çempionlar Liqasının finalına yüksəlib. Yarımfinalın digər cütündə isə “Mançester Siti” və “Real” qarşılaşacaq. Hər üç komanda Çempionlar Liqasının növbəti mövsümündə qrup mərhələsində iştirakı milli çempionatlar vasitəsilə təmin edib. Reqlamentə əsasən, Çempionlar Liqasının qalibi bu yolla növbəti turnirə vəsiqə qazanarsa, o zaman növbəti mövsümün qrup mərhələsində vakant yer formalaşır. Qrup mərhələsinə birbaşa vəsiqə UEFA-nın Rusiya klublarına qadağasına görə, 12-ci assosiasiyanın çempionuna veriləcək.
Bu mövsüm Ukrayna çempionatı vaxtından əvvəl başa çatıb, “Şaxtyor” çempion olub.
Bizi Facebook-da izləyin