“Şaxtyor” “Sabah”ın istədiyi futbolçunu saxlamağa qərar verdi

Ötən mövsümü icarə əsasında “Sabah”da keçirən ukraynalı futbolçu Aleksey Kaşuk müqavilə ilə məxsus olduğu Donetsk “Şaxtyor”unda qalacaq.

Komanda.az xəbər verir ki, bu barədə ukraynalı jurnalist Viktor Vatsko açıqlama verib.

O bildirib ki, məşqçilər heyəti hücumameylli yarımmüdafiəçini əsas heyətə qaytarmağı planlaşdırır: “Başa düşdüyüm qədərilə, Kaşuk “Şaxtyor”a qayıdır. O, “Sabah”dakı çıxışı ilə hər kəsi heyran qoyub. 31 çempionat oyununda 16 qol və 10 məhsuldar ötürmə əla göstəricidir”.

Xatırladaq ki, 22 yaşlı vinger geridə qalan mövsümdə “Sabah”da 33 oyuna çıxıb, 16 qol və 10 assistlə yadda qalıb. Azərbaycan klubu onu yenidən heyətinə qatmaq üçün çalışır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button