
ÇL: “Şaxtyor” 17 oyunluq uğursuz seriyanı qırdı
Noyabrın 7-də Çempionlar Liqasının H qrupunun 4-cü turunun matçında “Şaxtyor” (Donetsk) “Barselona” ilə qarşılaşıb. “Şaxtyor” görüşdə 1:0 hesabı ilə qalib gəlib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna klubu oyunda qapısını toxunulmaz saxlaya bilib ki, bununla da, avrokuboklarda 17 matçlıq qol buraxma seriyasını qırıb.
H qrupunun turnir cədvəlinə dörd oyundan sonra 9 xalla “Barselona” başçılıq edir. “Şaxtyor” 6 xal toplayıb və üçüncü yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin