Sautqeytin qərarı keçmiş hücumçunu təəccübləndirib

“Liverpul”un və “Real”ın keçmiş hücumçusu Maykl Ouen “Mançester Yunayted”in futbolçusu Markus Reşfordun İngiltərə millisinin 2024-cü il Avropa çempionatı üçün heyətinə daxil edilməməsinə münasibət bildirib.

Komanda.az AS-a istinadən xəbər verir ki, Ouen, ingilis futbolçunun millidə yaxşı çıxış etdiyini deyib:

“Baş məşqçi Qaret Sautqeytin qərarı məni təəccübləndirdi. Reşfordun ən uğurlu mövsümü olmadığı ilə razıyam, amma İngiltərə millisində oynamaq başqa şeydir. O, millidə yaxşı çıxış edirdi. Bizim çoxlu istedadlı hücumçularımız var, amma Reşford kimi bir neçə futbolçu var”.

26 yaşlı hücumçu ötən mövsüm Premyer Liqada 33 oyun keçirib, 7 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button