“Sautqeyti tənqid edənlər 1/4 finalı keçə bilməyənlərdir” – Keçmiş futbolçu

İngiltərə yığmasının və “Çelsi”nin sabiq müdafiəçisi Con Terri Qaret Sautqeytin millinin baş məşqçi postundan getməsinə münasibət bildirib.

Komanda.az “The Independent”-ə istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, Sautqeytin tənqidlərə qarşı həmişə təmkinli olduğunu bildirib:

“Sautqeyt həmişə tənqidlərə qarşı təmkinli olub. Bir çox keçmiş futbolçular onun işini tez-tez tənqid edirdilər. Amma bunlar böyük turnirlərin 1/4 finalını keçə bilməyənlərdir. Və əla iş görən məşqçini tənqid edirdilər. Əminəm ki, Qaretin Premyer Liqada və digər liqalarda təklifləri olacaq”.

Sautqeyt 2016-cı ildən İngiltərə millisinin baş məşqçisi vəzifəsində çalışırdı. Milli komanda onun rəhbərliyi altında Avropa çempionatı finallarında ardıcıl iki dəfə məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button