DÇ-2022: “Onun adına çox sevindim” – Sautqeyt

İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt DÇ-2022-nin qrup mərhələsinin üçüncü turunun Uelslə matçını (3:0) dəyərləndirib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, ikinci hissədə daha yaxşı çıxış etdiklərini deyib:

“Birinci hissədə görüşə tam nəzarət etdik. Lakin kifayət qədər şans yarada bilmədik. Mən daha aydın və dəqiq oyun görmək istərdim. İkinci hissədə vəziyyəti düzəldə bildik Şanslarımızdan maksimum yararlandıq”.

Sautqeyt hücumçu Markus Reşford barədə də fikir bildirib:

“Markus Reşford? Onun adına çox sevindim. Əzmlə çalışdı. Het-trik edə bilərdi”.

İngiltərə milli komandası bu qələbədən sonra qrupda xallarının sayını 7-yə çatdıra bilib. Bununla da, onlar turnirin pley-off mərhələsinə vəsiqə qazana biliblər. 1/8 finalda rəqib Seneqal millisi olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button