Sautqeyti heyrətləndirən futbolçu

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt AÇ-2024-ün seçmə mərhələsinin dördüncü turunun Şimali Makedoniya ilə matçında (7:0) het-trik edən futbolçu Bukayo Sakadan danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Saka ilə çalışmağın inanılmaz olduğunu deyib:

“O, “Arsenal”ın heyətində çox yüksək səviyyədə çıxış edərək bizi heyrətləndirmişdi. Komandanın əsas oyunçularındandır. Bukayo yüksək təzyiq altında çıxış edir. Onunla çalışmaq inanılmazdır”.

Xatırladaq ki, “Arsenal”ın futbolçusu millidə ilk dəfə het-trikə imza atıb.

İngiltərə millisi hazırda C qrupunda 12 xalla birinci, Şimali Makedoniya isə 3 xalla dördüncüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button