
Sautqeyt: “Məyus olduq”
Yoldaşlıq görüşündə İslandiyaya 0:1 hesabı ilə məğlub olan İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt bu matçla bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingilis çalışdırıcı komandasının xarakter göstərmədiyini bildirib:
“Pis oyun oldu, komanda xarakter göstərmədi. Məyus olduq. Amma bu təcrübə AÇ-2024 başlamazdan əvvəl bizə fayda verəcək. Topsuz işimizi yaxşılaşdırmalıyıq. Bu nəticə üçün heç bir bəhanə yoxdur, amma yaxşılaşdıra biləcəyimiz çox şey var”.
İngiltərə millisi 2024-cü il Avropa çempionatının qrup mərhələsində Danimarka, Serbiya və Sloveniya ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin