Sautqeyt Premyer Liqa klubunun baş məşqçi postuna namizəddir

“Kristal Pelas” baş məşqçisini dəyişə bilər.

Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, London klubu Oliver Qlasnerlə ayrılacağı təqdirdə, Qaret Sautqeyt “Kristal Pelas”ın baş məşqçi postuna namizədlər arasında olacaq. Bu mütəxəssis yayda İngiltərə millisindən ayrılıb.

London klubunun baş məşqçi postuna namizədlər arasında Sautqeytlə yanaşı, Qrehem Potter və David Moyes də var.

“Kristal Pelas” cari mövsümə zəif başlayıb və 8 turdan sonra qələbə qazana bilməyib (3 heç-heçə, 5 məğlubiyyət). Nəticədə, komanda İngiltərə Premyer Liqasının turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button