“Sautqeyt günah keçisi edilməməlidir” – Keçmiş futbolçu

“Liverpul”un sabiq müdafiəçisi Cimi Karrager İngiltərə millisinin Almaniyada keçirilən Avropa çempionatındakı çıxışından danışıb.

Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, baş məşqçi Qaret Sautqeytin milli komandanı 2026-cı il dünya çempionatına hazırlayacağını bildirib:

“Uğursuzluqdan sonra ingilis futbolunun daha bir ağrılı dövrü. Bununla belə, İngiltərə federasiyası Sautqeytə inanmağa davam edir. O, qalır və komandanı 2026-cı il dünya çempionatına hazırlayacaq. Sautqeyt Avropa çempionatının finalındakı məğlubiyyət üçün günah keçisi edilməməlidir”.

Avropa çempionatının finalında İngiltərə millisi İspaniya yığması ilə üz-üzə gəlib. Sautqeytin yetirmələri 1:2 hesablı məğlubiyyətlə üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button