Sautqeyt televiziyada çalışa bilər

İngiltərə millisinin keçmiş baş məşqçisi Qaret Sautqeyt televiziyada futbol mütəxəssisi kimi çalışa bilər.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, BBC 53 yaşlı mütəxəssisi “Match of the Day” proqramında ekspert etməyi planlaşdırır. Onlar Sautqeyti 2024-cü il Avropa çempionatındakı işinə görə tənqid edən İngiltərə yığmasının sabiq hücumçusu Qari Linekerlə studiyada qarşılaşdırmaq istəyir.

Sautqeyt 2016-cı ildən millinin baş məşqçisi postunu tuturdu. İngiltərə yığması onun rəhbərliyi altında Avropa çempionatının finalına çıxıb və burada İspaniyaya 1:2 hesabı ilə uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button