Sautqeyt DÇ-2022 haqda: “Bu, “səs-küy turniri”dir”

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt DÇ-2022-nin qrup mərhələsinin ikinci turunda ABŞ-la matçı (0:0) şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, oyuna nəzarət etdiklərini bildirib:

“Mən əsəbi deyiləm. Komandamın əhval-ruhiyyəsindən razıyam. Düşünürəm ki, oyuna nəzarət edirdik, lakin bir az kəskinlik çatışmırdı. ABŞ çox sərt və yaxşı rəqibdir. İrana qarşı oyunda olan yüksək səviyyəli çıxışı təkrar etməyin çətin olacağını bilirdim”.

Sautqeyt DÇ-2022 zamanı çox “səs-küy” olacağını bildirib:

“Əminəm ki, DÇ-2022-də çox səs-küy olacaq. Bu, “səs-küy turniri”dir. Hələ də növbəti mərhələyə vəsiqə qazana bilərik. Bu bizim məqsədimiz olmalıdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button