AÇ-2024: “Finalda lazım olsa, penaltilərə hazır olmalıyıq”

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Avropa çempionatının İspaniya yığması ilə final oyununda mümkün penaltilər seriyasına hazırlıqdan danışıb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, bunu deyib:

“Penaltiyə hazırlaşmışıq? Bu, çox təzyiq altında olan bir bacarıqdır, lakin onu öyrənmək və təkmilləşdirmək olar. Komandamız son dörd penalti seriyasından üçündə qalib gəlib, bu yaxşı nəticədir. Finalda lazım olsa, penaltilərə hazır olmalıyıq”.

Bu gün İngiltərə və İspaniya yığmaları arasında AÇ-2024-ün final oyunu keçiriləcək. Matç saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button