“Sauthempton”un oyunçuları heyrətamiz idi”

“Sauthempton”un qapıçısı Qeyvin Bazunu İngiltərə Liqa kubokunun 1/4 final mərhələsinin “Mançester Siti ilə matçını (2:0) dəyərləndirib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, irlandiyalı futbolçu müdafiədə olan boşluqlardan danışıb:

“Möhtəşəm qələbə idi. Bütün komanda yaxşı oynadı. Rəqib yeni baş məşqçinin rəhbərliyi altında bizi məğlub etmək üçün çox çalışdı. Son həftələr daha çox müdafiədə olan boşluqları doldurmaq üçün mübarizə aparırıq. “Sauthempton”un oyunçuları heyrətamiz idi”.

“Şəhərlilər”i mübarizədən kənarlaşdıran “Sauthempton”un yarımfinalda rəqibi “Nyukasl” olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button