Millinin keçmiş üzvü koronavirusla mübarizəyə qoşuldu
“Sauthempton” klubunun keçmiş futbolçusu Kevin Deyvis koronavirus pandemiyası ilə mübarizə üçün könüllü olub.
Komanda.az xəbər verir ki, bu barədə sabiq hücumçu rəsmi “tvitter” hesabından məlumat yayıb. O, könüllü olmaq üçün İngiltərədə Milli Səhiyyə Xidmətinə müraciət etdiyini deyib. Deyvis, koronavirusla mübarizədə könüllü olaraq tibb işçisi kimi çalışacaq.
İngiltərənin səhiyyə naziri Mett Hankok koronavirusla mübarizə üçün istefa vermiş və ya pensiyaya çıxmış 65 min həkimi geri çağırmış, 250 min də könüllü axtardıqlarını demişdi.
Karyerası ərzində “Sauthempton”, “Bolton”, “Blekbern” kimi klublarda çıxış edən Deyvis, bir dəfə də İngiltərə yığmasının formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin