Satın aldığı kluba öz oğlunu transfer etdi
Türkiyənin 3-cü liqa klublarından “Derince Belediyespor”u alan iş adamı Faruk Bayraktar komandanın transfer qadağası qaldırıldıqdan sonra sürpriz transfer edib.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, transfer qadağası qaldırıldıqdan sonra klubda yeni struktur quran Faruk Bayraktarın ilk işi əvvəllər “Fənərbaxça”nın aşağı yaş üzrə komandalarında forma geyinmiş oğlu Eren Bayraktarı transfer etmək olub.
2004-cü il təvəllüdlü Bayraktar ilk dəfə peşəkar futbolçu statusu alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin