
37 yaşlı Matiçin yeni klubu məlum oldu
37 yaşlı yarımmüdafiəçi Nemanya Matiç karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, serbiyalı futbolçu “Sassuolo” ilə azad agent kimi razılığa gəlib. Müqavilənin müddəti cari mövsümün sonuna qədər qüvvədə olacaq və tərəflərin istəyindən asılı olaraq 2027-ci ilə qədər uzadıla bilər.
Matiç ötən həftə klubsuz qalıb – onun “Lion”la sözləşməsi qarşılıqlı razılıqla pozulmuşdu. O, A Seriyasına yad deyil, 2022–2023-cü illərdə “Roma”nın heyətində çıxış edib.
“Sassuolo” ötən mövsüm B Seriyasını 1-ci pillədə tamamlayaraq elitaya qayıdıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



