Sarriylə yeni müqavilə

İtaliyanın “Latsio” klubu baş məşqçisi Mauritsio Sarri ilə müqavilənin müddətini uzadıb.

Komanda.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, müqavilə 2025-ci ilədək qüvvədə olacaq. Rəsmi açıqlama tezliklə veriləcək.

Sarri “Latsio”ya 2021-ci ilin iyunundan rəhbərlik edir. 63 yaşlı mütəxəssisin klubla hazırkı müqaviləsi 2023-cü ilin iyununadəkdir.

“Latsio” bu mövsüm A Seriyasında 64 xalla 5-ci yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button