Sarriyə yeni müqavilə təklif olunacaq

“Latsio”nun prezidenti Klaudio Lotito yaxın vaxtlarda komandanın baş məşqçisi Mauritsio Sarri ilə danışıqlar aparacaq.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, tərəflər “Latsio”nun növbəti mövsüm üçün planlarını müzakirə edəcək. Həmçinin, 63 yaşlı mütəxəssislə yeni müqavilə məsələsinə də toxunulacaq.

Sarrinin “Latsio” ilə hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. Klub onunla müqaviləni 2025-ci ilə qədər uzatmaq istəyir.

“Latsio” A Seriyasında 31 turdan sonra 52 xalla 6-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button