Sarrinin yerinə namizədlər məlum oldu
İngiltərə mətbuatı “Çelsi”də baş məşqçi Mauritsio Sarrinin komandadan göndəriləcəyi təqdirdə, onun yerinə namizədlərin adlarını açıqlayıb.
Komanda.az xəbər verir ki, “Sky Sports” nəşrinin iddiasına görə, italyan mütəxəssisin yerinə, klub rəhbərliyi, Zinəddin Zidan və ya Frenk Lempardı gətirəcək. Xəbərdə, bu mütəxəssislərlə mövsümün sonunda danışıqlara başlanılacağı bildirilib. Sarrinin ayrılacağı təqdirdə, komandanı mövsümün sonuna qədər onun köməkçisi Canfrakno Zola çalışdıracaq.
Son olaraq “Real”ı çalışdıran Zidan hazırda işsizdir. “Çelsi”nin sabiq futbolçusu Lempard isə Çempionşip təmsilçisi “Derbi Kaunti”də baş məşqçilik edir.
“Çelsi” Premyer Liqada 26 turdan sonra 50 xalla 6-cı sırada qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin