Sarrinin taleyi bu oyundan asılıdır

İngiltərə Premyer Liqasının son turunda “Mançester Siti”yə 0:6 hesabı ilə məğlub olan “Çelsi”nin baş məşqçisi Mauritsio Sarrinin vəzifəsindən ayrıla biləcəyini xəbər vermişdik.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “zadəganlar”ın rəhbərliyi italiyalı mütəxəssisə vaxt vermək qərarına gəlib. Belə ki, Avropa Liqasının 1/16 final mərhələsində “Malmö” ilə qarşılaşacaq “Çelsi”, bu oyunda məğlub olsa, Sarri ilə yollar ayrılacaq.

60 yaşlı mütəxəssisin qarşısına Avropa Liqasını qazanmaq və Premyer Liqada ilk dörd yerdə qərarlaşaraq, növbəti mövsümdə Çempionlar Liqasında iştirak etmək vəzifəsi qoyulub.

“Çelsi” Premyer Liqada keçirdiyi 26 turdan sonra 50 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

“Malmö” – “Çelsi” oyunu fevralın 14-də, saat 00:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button