
Sarrinin cəzası açıqlandı
İngiltərə Futbol Assosiasiyası “Çelsi”nin baş məşqçisi Mauritsio Sarrini cəzalandırıb.
Komanda.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. İtaliyalı mütəxəssisə Premyer Liqanın 35-ci turu çərçivəsində keçirilən “Çelsi” – “Bernli” matçında (2:2) hakimi tənqid etdiyi üçün 8 min funt-sterlinq pul cəzası verilib.
Sarri “Bernli” ilə matçın ikinci hissəsinə əlavə edilmiş vaxtda texniki zonadan uzaqlaşdırılmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin