Sarridə xəstəlik aşkarlandı – “Yuventus” açıqladı

İtaliya çempionu “Yuventus”un yeni baş məşqçisi Maurisio Sarridə sətəlcəm aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Turin təmsilçisinin yaydığı məlumata görə, 60 yaşlı mütəxəssis son bir həftədə qripdən əziyyət çəkdiyi üçün şənbə və bazar günlərini istirahət etməli olub. Amma o, yeni həftənin ilk günündə də komandanı məşqə çıxara bilməyib. Klubun bazasına gələn Sarri köməkçilərinə görüləcək işlərlə bağlı tapşırıqlarını verdikdən sonra ətraflı müayinədən keçib və onda sətəlcəm olduğu üzə çıxıb. Ağciyərində ciddi problemlər aşkarlanan təcrübəli məşqçi bir müddət müalicə almalı olacaq.

A Seriyasında son 8 mövsümü çempion olaraq başa vuran “Yuventus”, yeni mövsümə avqustun 24-də, “Parma” ilə səfər oyunuyla start verəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button