Sarri “Yuventus”la razılaşıb? – Atası açıqladı
Mauritsio Sarrinin atası Ameriqo Sarri oğlunun “Yuventus”u çalışdıracağı iddialarıyla bağlı açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Ameriqo oğlunun İtaliyaya qayıtmasını istədiyini deyib:
“Çelsi” hələ Sarrini sərbəst buraxmayıb. “Yuventus” ehtimalı reallaşacaqmı, onu da bilmiriəm. Ancaq İtaliyaya qayıtmasına ümid edirəm”.
İtaliya mətbuatı “Yuventus”un Sarri ilə 3 illik sözləşmə imzalayacağını iddia edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin