
Yunanıstan klubundan Sarriyə 3 illik müqavilə təklifi
Yunanıstanın “Panatinaikos” klubu italiyalı baş məşqçi Mauritsio Sarri ilə danışıqlar aparır.
Komanda.az yerli mətbuata istinadən xəbər verir ki, klub 65 yaşlı mütəxəssisə 4,5 milyon avro maaşla 3 illik müqavilə təklif edir. Sarri artıq “Panatinaikos” rəhbərliyi ilə görüşüb və qərarını düşünmək üçün vaxt istəyib.
Sarri 2021-ci ilin iyunundan 2024-cü ilin martına qədər “Latsio”da çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin