“Hazard ən yaxşı mövsümünü mənim rəhbərliyim altında keçirdi” – Sarri
“Napoli”nin və “Çelsi”nin keçmiş baş məşqçisi Mauritsio Sarri bir vaxtlar onu qürurlandıran futbolçuların adlarını çəkib.
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, italiyalı çalışdırıcı, belçikalı keçmiş futbolçu Eden Hazardın ən yaxşı mövsümünü onun rəhbərliyi altında keçirdiyini bildirib:
“Məni qürurlandıran oyunçular? Xalidu Kulibalidən tutmuş, Dris Mertensə və İnsinyeye qədər, demək olar ki, “Napoli”də çıxış etmiş hər kəs. “Çelsi”də isə Eden Hazard idi. Onunla çox mübahisə edirdim, amma o, ən yaxşı mövsümünü mənim rəhbərliyim altında keçirdi”.
Sarrinin karyerasında son klubu mart ayında tərk etdiyi “Latsio”dur. O, bu yaxınlarda bildirmişdi ki, yeni mövsümdə işə başlamağa hazırdır, lakin hələlik layiqli təkliflər yoxdur.
Bizi Facebook-da izləyin